Dədə Qorqud Parkının yaxınlığında, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, 250 kv.m sahəsi olan, 6 otaqlı ofis icarəyə verilir. Aylıq icarə haqqı 3 700 AZN təşkil edir. Ofisdə xanımlar və bəylər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, həmçinin müdiriyyət üçün ayrıca sanitar qovşaq mövcuddur. Rahat iş şəraiti üçün funksional planlaşdırmaya malik olan ofisdə müdiriyyət üçün ayrıca otaq da nəzərdə tutulub. Binada sürətli lift və geniş parkinq sahəsi mövcuddur. Ətrafında Türkiyə səfirliyi, Dədə Qorqud Parkı, Koala Park, Zorge Parkı, Bakı Zooloji Parkı və digər mühüm məkanlar yerləşir. Əlverişli yerləşməsi və rahat infrastrukturu ilə şirkətlərin, müxtəlif müəssisələrin və korporativ ofislərin fəaliyyəti üçün ideal seçimdir.